son dəqiqə SON DƏQİQƏ

Millimizin rəqibi bu komandalarla qarşılaşacaq

Bölmə adı Futbol
Yayımlandı 20-03-2025, 14:00

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Ukrayna yığması Kanada Futbol Federasiyasının keçirəcəyi “Canadien Shield” adlı turnirində mübarizə aparacaq.

Sport1.az xəbər verir ki, bu ilin iyununda Torontoda keçiriləcək mini-turnirdə Sergey Rebrovun rəhbərlik etdiyi kollektiv Kanada (7 iyun) və Yeni Zelandiya (10 iyun) milliləri ilə qarşılaşacaq.

Xatırladaq ki, dünya çempionatının seçmə mərhələsində Azərbaycan sentyabrın 9-da və oktyabrın 13-də Ukrayna ilə üz-üzə gələcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR