son dəqiqə SON DƏQİQƏ

İnzaqi ilə yeni müqavilə

Bölmə adı Futbol
Yayımlandı 18-03-2025, 14:58

İtaliyanın “İnter” komandası baş məşqçisi Simone İnzaqi ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.

Sport1.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.

48 yaşlı çalışdırıcının hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Bununla belə, Milan təmsilçisi mütəxəssisi daha bir mövsüm saxlamaq istəyir.

2021-ci ildən “İnter”ə rəhbərlik edən S.İnzaqi ötən mövsüm İtaliya A Seriyasının qalibi olub.

Qeyd edək ki, hazırda “İnter” ölkə çempionatında 64 xalla turnir cədvəlinə başçılıq edir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR