SON DƏQİQƏ
İspaniya təmsilçisi "Real Saraqosa"nın yeni baş məşqçisi bəlli olub.
Sport1.az xəbər verir ki, komanda “Atletiko Madrid”in sabiq kapitanı Qabiyə tapşırılıb.
Onunla mövsümün sonunadək müqavilə imzalanıb. İspaniyalı veteran futbolçu bunadək “Xetafe”nin B komandasına rəhbərlik edib.
Sequndada mübarizə aparan “Real Saraqosa” 36 xalla 18-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Qabi futbolçu kimi də “Real Saraqosa”da oynayıb.