son dəqiqə SON DƏQİQƏ

Messidən sonra bunu bacaran ilk futbolçu

Bölmə adı Futbol
Yayımlandı 17-03-2025, 09:01

İspaniya La Liqasının XXVIII turunda "Barselona" "Atletiko"nun qonağı olub.

Sport1.az xəbər verir ki, qarşılaşma Kataloniya təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalibiyyət qollarından birini Robert Levandovski vurub. Polşalı hücumçu cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 40-cı matçda 35-ci dəfə fərqlənib.

Beləliklə, Levandovski son dörd mövsümdə "Barselona"nın heyətində 35 və daha çox qol vuran ilk oyunçu olub. Sonun dəfə Lionel Messi 2020/2021 mövsümündə 47 qarşılaşmada 38 dəfə rəqib qapılarına yol tapmışdı.

Müəllif: Sport1.az