son dəqiqə SON DƏQİQƏ

Noyerin nailiyyəti təkrarlandı

Bölmə adı Futbol / Çempionlar Liqası
Yayımlandı 12-03-2025, 16:06

İngiltərənin "Liverpul" klubunun qapıçısı Alison Beker "Bavariya"nın qapıçısı Manuel Noyerin Çempionlar Liqasındakı nailiyyətini təkrarlayıb.


Sport1.az xəbər verir ki, qolkiper buna 1/8 finalda Fransa təmsilçisi PSJ ilə matçlarda nail olub.


Alison iki qarşılaşmada ümumilikdə 16 qurtarışla (penaltilər seriyası istisna) yadda qalıb.


Noyer 2016/2017 mövsümünün 1/4 finalında eyni sayda seyv edib.

Müəllif: Sport1.az