son dəqiqə SON DƏQİQƏ

AFFA-dan "Qarabağ"ın futbolçusuna sərt cəza

Bölmə adı Azərbaycan
Yayımlandı 7-03-2025, 13:34

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sport1.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının XXV turun “Sumqayıt-2” – “Qarabağ-2” görüşü haqda aşağıdakı qərarlar qəbul olunub:

* Oyun günü planı pozulduğuna görə meydan sahibləri 100 manat cərimə edilsin (maddə 77.1);

* Oyun bitdikdən sonra “Qarabağ-2” komandasının 45 nömrəli futbolçusu Nihad Mollayev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılsın, klub 300 manat cərimə edilsin (maddə 43.3);

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR