son dəqiqə SON DƏQİQƏ

Məşqçi kurslarına yekun vuruldu

Bölmə adı Futbol
Yayımlandı 4-03-2025, 11:49

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub.

Sport1.az xəbər verir k i, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində keçirilən kurs ümumilikdə 3 gün davam edib.

Kursun son günündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar verilib. Lisenziyaları iştirakçılara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə birlikdə təqdim ediblər.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR