
Bu qış “Kəpəz”lə yollarını ayıran Pedro Qomeşin yeni ünvanı müəyyənləşib.
Sport1.az xəbər verir ki, portuqaliyalı müdafiəçi karyerasını İspaniyada davam etdirəcək. 22 yaşlı futbolçu “Valensiya” ilə iki illik müqavilə imzalayıb.
Mövsümün əvvəlində “Boavişta”dan Gəncə təmsilçisinə transfer olunan Qomeş yeni klubunun B komandasında çıxış edəcək. “Valensiya B” hazırda Sequndanın 3-cü qrupunda – səviyyəcə dördüncü liqada mübarizə aparır.