
“Şəmkir” ikinci dövrə hazırlıqlarına start verib.
Sport1.az xəbər verir ki, bu barədə II Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Toplanış baş məşqçi Rasim Əliyevin rəhbərliyi altında Şəmkirdə keçirilir.
Hazırlıq prosesi çərçivəsində komandanın 2-3 yoxlama oyunu keçirməsi planlaşdırılır.