
“Bavariya” qapıçısı Daniel Peretsi icarəyə göndərib.
Sport1.az xəbər verir ki, Münhen klubu israilli qolkiperin mövsümün sonuna qədər “Sauthempton”da çıxış edəcəyini açıqlayıb. Bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı qapıçı mövsümün ilk yarısını icarə əsasında “Hamburq”da keçirib. Perets 2023-cü ilin yayında “Makkabi” klubundan “Bavariya”ya transfer olunub.
Qeyd edək ki ,israilli qolkiper Münhen təmsilçisinin heyətində indiyədək 7 oyunda forma geyinib və ötən mövsüm Bundesliqa çempionluğu sevinci yaşayıb.