“Kayrat”ın (Qazaxıstan) kapitanı Aleksandr Martınoviç Çempionlar Liqasının əsas mərhələsində hansı TOP-klublarla oynamaq istədiyi barədə fikirlərini bölüşüb.
Sport1.az xəbər verir ki, o, championat.com saytına müsahibəsində deyib:
“Mən “Real” və ya “PSJ”-ni istərdim. “Real” azarkeşi olduğum və daim izlədiyim komandadır. “PSJ” isə hazırda dünyanın ən yaxşı klubudur”.
Xatırladaq ki, ÇL-də püşkatma mərasimi bu gün keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Sport1.az