"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola Premyer Liqada oynanan "Aston Villa"ya (0:1) qarşı məğlub olduğu görüşdən sonra açıqlama verib.Sport1.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasına inandığını söylədi:
"İlk milli fasilədən öncə vəziyyətimiz bərbad idi. 14-cü pillədə qərarlaşırdıq. Bu gün məğlub olsaq belə, komanda sağdır. Hələ də çempionluq ümidi qalıb. Bizim işimiz hər dəfəsində turnir cədvəlinə baxmaq deyil. Sadəcə qələbələr qazanaraq çempion olmaq istəyirik".