SON DƏQİQƏ
"Əl-Nəsr"lə müqaviləsi başa çatan Marselo Brozoviç karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sport1.az xəbər verir ki, "Real" xorvatiyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə jurnalist Saşa Tavolyeri məlumat yayıb.
Madrid nəhənginin baş məşqçisi Joze Mourinyo 33 yaşlı futbolçunu komandasında görmək istəyir. "Real"ın nümayəndələri azad agent statusunda olan təcrübəli dayaq yarımmüdafiəçisinin ətrafı ilə əlaqə saxlayıb və mümkün keçidin şərtlərini müzakirə ediblər.
Qeyd edək ki, "Əl-Nəsr" Marselo Brozoviçi 2023-cü ilin yayında "İnter"dən 15,7 milyon avroya transfer etmişdi. Xorvatiya millisinin üzvü 2025/26 mövsümündə Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.