UEFA Gənclər Liqasının II təsnifat mərhələsində "Sabah"ın U-19 komandasının səfərdə "Nant"a qarşı keçirəcəyi görüşün hakim təyinatları bəlli olub.Sport1.az xəbər verir ki, oyunu Maltadan olan hakimlər briqadası idarə edəcək. FIFA referisi İşmael Barbaraya həmyerliləri Lyuk Portelli və Dunkan Spens kömək göstərəcək.
Dördüncü hakim funksiyasını fransalı Remi Landri yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma oktyabrın 22-də, Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Cavab görüşü isə noyabrın 5-də Bakıda baş tutacaq.