
Misli Premyer Liqasında 15-ci turun oyunlarına yekun vurulub.
Sport1.az xəbər verir ki, bu gün daha 2 oyun keçiriləcək.
"İmişli" Qubada "Karvan-Yevlax"ı qəbul edib. Autsayderlərin duelində "pambıqçılar" favorit hesab edilsə də, görüş heç-heçə yekunlaşıb.
Günün əsas matçı Bakıda keçiriləcək. "Neftçi" paytaxtda "Sumqayıt"ı qəbul edəcək. Yuri Vernidub Premyer Liqadakı ilk sınağından üzüağ çıxmağa çalışacaq.
Misli Premyer Liqası
15-ci tur
15 dekabr
14:00. “İmişli” – “Karvan-Yevlax” - 1:1
Qollar: Dioqo Almeyda, 29 (1:0), Vadim Abdullayev, 39 (1:1)
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
Quba OİK stadionu
19:00. “Neftçi” – “Sumqayıt” - 2:2
Qollar: İmad Faraj, 34 (1:0), Bassala Sambu, 49 (2:0), Nsane Simon, 74 (2:1), Səbuhi Abdullazadə, 81, (2:2)
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.
“Palms Sports Arena”