III MDB Oyunları: Azərbaycan Özbəkistana qalib gəlib

Bölmə adı Voleybol
Yayımlandı 3-10-2025, 21:26

Azərbaycanın 17 yaşadək qızlardan ibarət voleybol komandası III MDB Oyunları çərçivəsində Özbəkistanla qarşılaşıb.

Sport1.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.

Digər görüşdə isə Rusiya Qırğızıstana 3:0 hesabı ilə qalib gəlib.