“Əl-Nəsr” və Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo yenə səmimi açıqlaması ilə gündəmə gəlib. Sport1.az xəbər verir ki, 40 yaşlı hücumçu “YouTube”da jurnalist Pirs Morqana verdiyi müsahibədə cəmiyyətin onun barəsində düşündüklərinə əhəmiyyət vermədiyini bildirib:
“İnsanlar haqqımda nə düşündüyü ilə maraqlanmıram. Deyirlər ki, mən təkəbbürlüyəm, amma bu, məni narahat etmir. İctimai fikir artıq mənim üçün heç bir əhəmiyyət daşımır”. Qeyd edək ki, təcrübəli forvard cari mövsümdə bütün turnirlərdə 10 oyuna çıxıb, 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.