Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 33 yaşlı hücumçu Neymarı 2026-cı il Dünya Çempionatının yekun heyətinə daxil etməyə bilər. Sport1.az xəbər verir ki, təcrübəli mütəxəssis bildirib ki, hazırda “Santos”un futbolçusu ilə əlaqə saxlamayıb və onun fiziki durumu barədə tam məlumatı yoxdur:
“Son vaxtlar Neymarla danışmamışam. Görək, nə vaxt tam bərpa olub yenidən oynamaya başlayacaq. Dünya çempionatı üçün çox yüksək fiziki hazırlığı olan oyunçulara ehtiyacımız var. Turnir zamanı intensivliyi çatmayan futbolçunu heyətə çağırmağı düşünmürəm. Birinci və ya ikinci oyunda meydana buraxa bilərəm, amma bütün turnir boyu bu riski götürmək olmaz. Komandada hər kəs ən yaxşı vəziyyətində olmalıdır”.