"Barselona"nın baş məşqçisi Ansi-Diter Flik dünən Çempionlar Liqasında oynanılan "Brüj" ilə matçdan sonra fikirlərini səsləndirib. Sport1.az xəbər verir ki, almaniyalı mütəxəssis nəticədən məyus olduğunu söylədi:
"Hər şeyi dəyişmək barədə danışa bilərdim. Amma mən elə baş məşqçi deyiləm. Biz əsl "Barselona" futbolu oynamaq istəyirik. Müdafiəyə yatıb 1:0 qələbə qazanmaq bizə uyğun tərz deyil. Təbii ki, 3:3 hesabı da yaxşı nəticə deyil. Ən azından hər qoldan sonra geri dönə bildik".