Çempionlar Liqasının əsas mərhələsinin IV turunda "Qarabağ" "Çelsi" ilə heç-heçə etdi.
Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra Marko Yankoviç jurnalistlərə açıqlama verdi:
“Bəlkə də azarkeşlər bu nəticəni gözləmirdilər. İlk hissədə geri düşsək də, oyunu çevirməyi bacardıq. Qələbə də qazana bilərdik, amma “Çelsi”dən bir xal almağa nail olduq”.
Monteneqrolu yarımmüdafiəçi növbəti matçlarda qələbə qazanmaq istədiklərini bildirdi:
“Çempionlar Liqasının səviyyəsi tamam başqadır. Burada çox güclü komandalar, futbolçular var. Biz də çalışacağıq ki, növbəti oyunlarda daha yaxşı nəticələr qazanaq”