“Arsenal”ın ingiltərəli futbolçusu Bukayo Saka UEFA Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda Praqada “Slaviya”ya qarşı keçirilən oyunda fərqlənib. Sport1.az xəbər verir ki, 24 yaşlı hücumçu qarşılaşmanın 32-ci dəqiqəsində penaltidən hesabı açaraq London təmsilçisinin tarixinə düşüb. O, ardıcıl dörd səfər matçında qol vuran ilk “Arsenal” futbolçusu olub.
Saka daha əvvəl ötən mövsüm Çempionlar Liqasının liqa mərhələsində “Sportinq”ə, 1/4 finalda “Real Madrid”ə və yarımfinalda PSJ-yə qarşı səfər oyunlarında da fərqlənmişdi.
Qeyd edək ki, 2018-ci ildən “Arsenal”ın əsas komandasında çıxış edən Saka bu mövsüm bütün turnirlərdə 12 matçda 5 qol vurub.