UEFA Çempionlar Liqası Liqa mərhələsinin IV turu çərçivəsində "Arsenal" səfərdə "Slaviya"nın qonağı olacaq. Sport1.az xəbər verir ki, Viktor Qyökereş səfər matçında komandaya kömək edə bilməyəcək.
İsveçli hücumçu Premyer Liqanın 10-cu turunun "Börnli" ilə görüşündə ayaq əzələsindən zədə alıb.
Qeyd edək ki, "Slaviya" - "Arsenal" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.