
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen 13 ildən sonra bir ilkə imza atdı.
Sport1.az xəbər verir ki, nigeriyalı futbolçu Çempionlar Liqasında "Ayaks"la görüşdə (3:0) het-trikə imza ataraq İstanbul təmsilçisi ilə avrokubok oyunlarında bunu bacaran ikinci futbolçu oldu.
Qeyd edək ki, daha öncə bu nəticəni 2012-ci ildə Burak Yılmaz "Kluy" ilə görüşdə təkrarlamışdı.