"Əl-Əhli"nin müdafiəçisi Merih Demiral adının hallandığı "Fənərbağça" iddialarına cavab verdi. Sport1.az xəbər verir ki, türkiyəli futbolçu Portuqaliya mətbuatına açıqlamasında bunları səsləndirdi:
"Mövsüm sonu müqaviləm bitir. Burada xoşbəxt olsam da, nə olacağını bilmirəm. Portuqaliya üçün bəzən darıxıram. Futbolçu kimi formalaşmağımda buranın çox böyük rolu oldu. Lissabon mənə çox doğma gəlir".