"Barselona"nın futbolçusu Lamin Yamal bir sıra açıqlamalar verib. Sport1.az xəbər verir ki, ispaniyalı futbolçu ciddi azarkeş tənqidinə məruz qalması ilə bağlı bunları söylədi:
"Bacardığım qədər mətbuatda öz barəmdə yazıları oxumamağa çalışıram. Ondan əminəm ki, özümün ən yaxşı səviyyəsinə çatacağam. Əgər əzəli rəqibin azarkeşləri məni fitə basırsa, bu mənim meydanda önəmli oyunçu olmağımdan irəli gəlir".