"Barselona" Robert Levandovski ilə yollarını ayıracaq. Sport1.az xəbər verir ki, Kataloniya təmsilçisi müqaviləsi mövsüm sonunda başa çatan polşalı hücumçunu qışda satmaq istəyir.
38 yaşlı futbolçu ilə bir neçə Səudiyyə Ərəbistanı klubu maraqlanır, hətta onun üçün 35 milyon ödəməyə razı olan kollektivlər də var.
Qeyd edək ki, Levandovski bu mövsüm "Barselona" forması ilə 10 görüşə çıxıb və 4 dəfə fərqlənib.