
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın yarımmüdafiəçisi Fil Fodenlə bağlı fikirlərini bölüşüb.
Sport1.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis 24 yaşlı futbolçunun gələcəyini “Etihad”da görmək istədiyini bildirib:
“Ümid edirəm, karyerasının sonuna qədər burada qala bilər. O, xüsusi futbolçudur, akademiyadan bəri “Mançester Siti” azarkeşidir, buna heç bir şübhə yoxdur. Kapitan məsələsinə gəlincə, əgər özü istəsə, əlbəttə, ola bilər. Meydanda həmişə lider olub. Paltardəyişmə otağında çox danışan tip deyil, amma meydanda heç vaxt kənarda qalmır. İlk gündən məsuliyyəti üzərinə götürüb, meydanda inanılmaz xarizması var”.
Qeyd edək ki, Fil Foden bu mövsüm bütün turnirlər üzrə 17 matçda 6 qol və 3 məhsuldar ötürmə ilə çıxış edib.