
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın XI turunda baş tutacaq “Liverpul”la qarşılaşmadan öncə danışıb.
Sport1.az xəbər verir ki, Qvardiola oyundan öncə bunları deyib:
“Son 9-10 ildə onlar bizim əsas rəqibimiz olublar, buna görə də onların nə qədər güclü olduğunu deməyə ehtiyac yoxdur. Amma biz hazırıq. Cümə axşamı məşqimiz var, sonra bərpa, bir günlük istirahət və oyuna mümkün qədər yaxşı hazırlaşmaq lazımdır.
Bu həftənin nə qədər vacib olduğunu çox müzakirə etdik və onun öhdəsindən çox, çox yaxşı gəldik. "Liverpul"a qarşı oynamaq həqiqətən zövqdür. Ümid edirəm ki, yaxşı oyun göstərə biləcəyik.
Düzünü desəm, bazar günkü oyuna hazırlıq məni həyəcanlandırır və sevindirir. Yenidən "Liverpul"a qarşı çıxmaq üçün səbirsizlənirəm. Görək, nə alınacaq.”