
“Nitsa” azarkeşlərin futbolçulara hücumu ilə bağlı rəsmi açıqlama yayıb.
Sport1.az xəbər verir ki, klub “Loryan” səfərindən dönüşdə baş verən hadisələrlə əlaqədar mövqeyini açıqlayıb:
Bildirilib ki, qarşılanma zamanı təlim-məşq mərkəzinin qarşısına toplaşan böyük azarkeş qrupu komandanın ardıcıl uğursuz nəticələrinə görə narazılıq nümayiş etdirib. Lakin həmin görüş zamanı baş verən insidentlərin qəbuledilməz olduğu vurğulanıb. Bir neçə klub üzvünün fiziki hücuma məruz qaldığı qeyd olunub və onlara tam dəstək ifadə edilib. “Nitsa” bu cür hərəkətləri ən sərt şəkildə qınadığını bəyan edib.
Qeyd edək ki, komanda Liqa 1-də 17 xalla 10-cu pillədə qərarlaşıb.