
PSJ-nin hücumçusu Osman Dembele "Bavariya" ilə (1:2) oyunda zədələnərək meydanı tərk etmişdi.
Sport1.az xəbər verir ki, "qızıl top" qalibinin ayın sonuna qədər yaşıl meydanlardan uzaq qalması gözlənilir.
28 yaşlı hücumçunun 26 noyabrda Çempionlar Liqasında baş tutacaq "Tottenhem"lə görüşdə oynamağa hazır olması gözlənilir.