UEFA Çempionlar Liqasının əsas mərhələsində PSJ-"Bavariya" oyununda meydan sahiblərinin müdafiəçisi Əşrəf Hakimi zədələnərək meydanı tərk etmişdi. Sport1.az xəbər verir ki, mərakeşli futbolçu ciddi ayaq biləyi zədəsi ilə üzləşib. Klub həkimləri bildirib ki, o, sümüyünü qırmağa çox yaxın idi.
Bildirilir ki, 27 yaşlı oyunçu 6-8 həftə yaşıl sahələrdən uzaq qalacaq.