“Əl-Nəsr”in hücumçusu və kapitanı Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının səviyyəsi barədə iddialı açıqlama verib.Sport1.az xəbər verir ki, portuqaliyalı ulduz “YouTube” kanalında britaniyalı jurnalist Pirs Morqana verdiyi müsahibədə Səudiyyə çempionatının Avropadakı bəzi liqalardan üstün olduğunu bildirib:
“Əgər hazırda İngiltərə Premyer Liqasında aparıcı komandada oynasaydım, eyni sayda qollar vurardım. Səudiyyə liqası Portuqaliya və Fransa çempionatlarından qat-qat güclüdür. Fransada sadəcə bir komanda — PSJ var.
Səudiyyə Ərəbistanında vurulan qollar “Qızıl buts” mükafatında da nəzərə alınmalıdır. Mənim üçün İspaniyada qol vurmaq Səudiyyə Ərəbistanında qol vurmaqdan daha asan idi”.Qeyd edək ki, 40 yaşlı Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. O, bu müddətdə bütün turnirlərdə 115 oyuna 102 qol vurub və 21 assist edib.