
Dortmund “Borussiya”sının və Almaniya millisinin müdafiəçisi Niko Şlotterbek klubla müqaviləsini uzatmaq niyyətində deyil.
Sport1.az xəbər verir ki, Bild-in məlumatına görə, Bundesliqa təmsilçisi futbolçuya illik maaşını 2,5 milyon avrodan 8 milyon avroya yüksəltməyi təklif etsə də, oyunçu karyerasını davam etdirmək üçün başqa variantları nəzərdən keçirir.
Hazırkı müqavilə 2027-ci ilə qədər qüvvədədir. Şlotterbekə “Bavariya”, Madrid “Real”ı və “Barselona” kimi nəhənglərin maraq göstərdiyi bildirilir.
Qeyd edək ki, müdafiəçi bu mövsüm “Borussiya” ilə bütün turnirlərdə 13 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.