"Bavariya"nın idman direktoru Maks Eberl müdafiəçi Deyo Upamekanonun taleyi haqda açıqlama verib. Sport1.az xəbər verir ki, klub rəsmisi bu fikirləri səsləndirib:
"Başqa klubların onunla danışıqlar aparması normaldır. Bu futbolun parçasıdır. Onunla müqaviləni yeniləmək üçün əlimizdən gələni edirik".