
“Karvan-Yevlax”ın yeni baş məşqçisi müəyyənləşib.
Sport1.az-a daxil olan məlumata görə, komanda Füzuli Məmmədova tapşırılıb. Artıq tərəflər bütün detallarda razılığa gəlib və mütəxəssis kollektivi ilk məşqinə də çıxarıb.
Məmmədovun məşqçilər korpusu da bəllidir. Ona Premyer Liqa klubunda Rauf Mehdiyev, Rafael Əmirbəyov və Mehman Yunusov kömək edəcəklər.
ZƏFƏR HACILI