
Bu gün Misli Premyer Liqasında 11-ci tur start götürəcək.
Sport1.az xəbər verir ki, "Zəfər turu"nun açılış görüşündə "Şamaxı” doğma meydanda “İmişli”ni məğlub etdi.
Günün digər oyunu “Qəbələ” ilə “Sumqayıt” arasında keçirilir.
“Araz-Naxçıvan” – “Karvan-Yevlax” və “Zirə” – “Turan Tovuz” oyunları sabah, “Kəpəz” – “Sabah” və “Qarabağ” – “Neftçi” matçları noyabrın 9-da keçiriləcək.
Misli Premyer Liqası
11-ci tur
7 noyabr
“Şamaxı” – “İmişli” - 1:0
Hakimlər: Rauf Cabbarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli.
Şamaxı şəhər stadionu, 13:44.
“Qəbələ” – “Sumqayıt” - 0:2
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
Qəbələ şəhər stadionu, 16:44.