II Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Şəmkir" futbol klubunun üzvü Tural Məmmədzadə mükafatlandırılıb. Sport1.az sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı VII turun "Xankəndi" - "Şəmkir" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.