20:40 31.10.2025 74

Kaşkilya: “Qarabağ” kimi rəqibə qarşı bu səviyyədə oynamaq özü nailiyyətdir”

“İmişli” Misli Premyer Liqasının 10-cu turunda səfərdə “Qarabağ”la qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub.

Sport1.az xəbər verir ki, görüşdən sonra qonaq komandanın baş məşqçisi Jorj Kaşkilya mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Oyunçularımla fəxr edirəm. “Qarabağ” kimi güclü komandaya qarşı bu səviyyədə futbol oynadıq. Birinci hissədə taktiki cəhətdən fantastik çıxış etdik. Yaxşı hazırlaşmışdıq. Bilirdik ki, “Qarabağ”ın güclü tərəfi nədir. Keyfiyyətli oyunçuları var, gözləyirdik ki, arxada boşluqları olacaq. İlk hissədə taktiki cəhətdən hər şey düzgün idi. İki epizodu əldən verdik, rəqibin hücumlarının qarşısını ala bildik. Qol vura bilmədik. Qol vura bilmirsənsə, əksi olur. İkinci hissədə bilirdik ki, bizi çətin anlar gözləyir. “Qarabağ” yüksək pressinq edəcəkdi, təzyiq göstərəcəkdi. Buna hazır idik. İlk qolu buraxdıqdan sonra taktiki cəhətdən dəyişiklik etmək istədik ki, qol vuraq. “Qarabağ”ın yüksək sürətli, texnikalı oyunçuları bundan istifadə edib, bizə 2-ci qolu vurdular. Uduzduğumuza görə, məyusuq. Amma oyunumuzdan razıyam. “Qarabağ” kimi rəqibə qarşı belə oynamaq nailiyyətdir. Onları təbrik edirəm, uğurlar arzulayıram.

Dioqo Almeyda ilk hissədə iki epizodu dəyərləndirə bilmədiyi üçün onu əvəzləyəcəyinizi gözləmək olardı. Amma görünür ki, komandanız mərkəz hücumçusu baxımından əziyyət çəkir. Bu haqda fikriniz necədir?

Futbolda normal haldır. Almeyda əla oyunçudur, bu matçı da yaxşı oynadı. Bizim üçün vacib futbolçudur. Topu irəlidə saxlaya bilir, rəqib qapısı qarşısında təhlükəli anlar yaradır. Onu dəyişməməyimizin səbəbi başqa oyunçunun olmaması deyil, taktiki məsələdir. Dioqonun meydanda qalması doğru idi.

Siz kubok oyununa çıxmışdınız, amma “Qarabağ” istirahət etmişdi, daha təravətli idilər. Bu məqam sizə nə dərəcədə təsir etdi?

Azərbaycan futbolunda “Qarabağ” piramidanın ucundadırsa, biz kiçik komandayıq, piramidanın alt hissəsindəyik. “Qarabağ”ın yüksək səviyyəli oyunçuları olduğu üçün əvəzetmələri rahat edirlər. Bizdə çətindir. Rotasiyalarımız “Qarabağ”dakı kimi deyil. Birinci hissədə gözəl oynadıq, yaxşı mübarizə apardıq. “Qarabağ” bizdən daha böyük klubdur.

Penaltini Almeyda qazansa da, Juninyo yerinə yetirdi. Bu, sizin qərarınızdır?

Bəli, mənim seçimdir. “Qaradağ Lökbatan”la görüşdə də penaltini Juninyo vurmuşdu. Bu, oyunçuda özünəinamı artırır.

Bu oyun Qubada keçirilməli idi, amma matçın “Azərsun Arena”da keçirilməsinə razılıq verdiniz. “Qarabağ”ın yol yorğunu olmasının qarşısını aldınız. Matç Qubada keçirilsəydi, nəticə fərqli ola bilərdi?

Cavab verə bilmərəm. Orada oynadıq, ya burada oynadıq, “Qarabağ” güclü komandadır. Cavabı yoxdur məndə. Orada necə olacağını deyə bilmərəm.

Ümumiyyətlə, Qubada özünüzü meydan sahibi kimi hiss edə bilirsiniz?

Mən məşqçiyəm, bu dəyişiklik baş verəndə, bizimkilər “Qarabağ”a köməklik etmək istədi. Ev məsələsinə gəldikdə, biz səfərdə 4 matçın 3-də qalib gəlmişik. Bu, onu göstərir ki, səfərdə də güclüyük. Azarkeşlərimiz necə ki, Qubadakı oyunlara gəlirlər, eləcə də səfər görüşlərində də bizə dəstək olurlar.
Hadisələri telegramda anında izləyin!
Keçid et
Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:37

PSJ Qitələrarası Kubokun finalında “Flamenqo” ilə qarşılaşacaq

23:20

Arbeloa “Real”ın əsas komandası ilə bağlı xəbərlərə aydınlıq gətirdi

22:35

Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatdı

22:13

2 boksçumuz AÇ-nin yarımfinalında

21:49

Salah Premyer Liqada Runinin rekordunu qırdı

21:29

Azərbaycan çempionatlarında 2-ci turun oyunları keçirilib

20:51

Bernardo Silva futbolu bitirdikdən sonra nə edəcəyini açıqladı

20:26

"Neftçi" Rusiya klubu ilə əməkdaşlıq edəcək

19:12

"Bu, utancvericidir" – Berdiyev

18:54

"Bu cür meydançalarda futbolçuların inkişaf etməsi mümkün deyil" – Dambrauskas

18:46

"Şamaxı" və "Sabah"dan qələbə - YENİLƏNİB

17:51

Emre Mor Super Liqada klubunu dəyişə bilər

16:58

Ayxan Abbasov: "Əvvəl onu ələ salırdılar, indi isə qol vurur, milliyə dəvət alır" - MÜSAHİBƏ

16:23

Rəşad Sadıqov hücumda yaranan problemləri bununla əlaqələndirdi - AÇIQLAMA

15:50

Benzema mundialda çıxış etmək istəyir

15:26

"Yunayted" qışda onu göndərməyi planlaşdırır

14:48

Alonsonun istefası halında Zidan “Real”a qayıdacaqmı?

14:33

Cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar

13:56

"Qalatasaray" Braziliya millisinin üzvü ilə maraqlanır

13:47

Azərbaycan çempionatında növbəti mükafatçılar bəlli oldu

13:07

"Şamaxı" – "Zirə": HEYƏTLƏR

12:56

Yuri Vernidub "Neftçi" azarkeşlərinə səsləndi - MÜSAHİBƏ

12:14

"İnter Mayami" argentinalı futbolçunu birbaşa transfer edəcək

11:44

İngiltərə nəhəngləri "Leypziq"in ulduzu ilə maraqlanır

11:12

"Real"ın hücumçusu Bundesliqa klubuna yollana bilər

09:44

Morata yaşıl meydanlardan uzaq qalacaq

09:13

Sabiq "Çelsi"li karyerasını başa vuracaq

01:41

Millinin məşqçisi uşaq futbolçulara qeyri-etik jest edib - ŞOK İDDİA

23:44

“Ordu” və NTD-dən qələbə

23:14

Mbappenin PSJ ilə bağlı apellyasiya şikayəti rədd edildi

22:41

Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında

22:17

Məşhur futbolçu ürəyindəki problemə görə karyerasını bitirir

22:08

Haaland niyə Ronaldonu və Messini bütün futbolçular üçün nümunə sayır?

20:37

La Liqada bazar dəyəri ən çox düşən futbolçular açıqlandı

20:03

Azərbaycan millisi DÇ-də 16 idmançı ilə təmsil olunur

19:39

Messi rəqibindən üzr istəməsini tələb edib

19:21

Morata uzun müddət yaşıl meydanlardan uzaq qalacaq

18:33

Premyer Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

18:07

Salahın heyətdən kənarda qalması ilə bağlı qərarı kim verdi? – SLOT AÇIQLADI

17:52

AFFA Əliyar Ağayevlə Kamal Umudlunun səhvini etiraf etdi – VİDEO

17:28

AFFA rəsmisi Gəncə və “Turan Tovuz” futbol akademiyalarına səfər ediblər – FOTOLAR

17:02

“Atletiko”nun hücumçusu “Barselona” iddialarına reaksiya verdi

16:53

İngiltərədə ayın ən yaxşı baş məşqçisi açıqlandı

16:32

AFFA rəhbərliyi Ulu Öndərin xatirəsini yad edib

16:13

DÇ: Daha bir boksçumuz finala yüksəldi

15:17

“Qarabağ”dan qış planı: Yalnız bir şərtlə ayrılıq mümkündür

15:11

Təxirə salınmış oyuna təyinatlar açıqlandı

14:46

 “Araz-Naxçıvan”ın üzvü əməliyyat olundu

14:30

Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi

13:36

Bu klub “Qarabağ”a futbolçu transferi üçün rəsmi təklif göndərdi

13:14

“Real” Vinisiusa yeni müqavilə ilə bağlı ultimatum verib

12:51

Turun daha iki oyunu keçiriləcək

12:03

Ançelotti “Qarabağ”ın futbolçusunu istəyir

11:36

"Qarabağ" bu göstəriciyə görə ÇL-da dördüncüdür

11:18

DÇ: Bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

10:54

Saşa Boe Premyer Liqaya gedə bilər

10:39

Türkiyəli qapıçı Avropa Liqasının tarixinə keçdi

10:05

Portuqaliyalı qapıçı karyerasını başa vurub

09:52

"Barselona"da yeni müqavilə

09:24

ÇL: Həftənin ən yaxşı oyunçusu bəlli olub

09:03

Taliska "Fənərbağça"da bunu bacaran ilk oyunçu oldu

23:11

Vüqar Həşimov Memorialının qalibi müəyyənləşdi

22:34

“Naxçıvan” “Sərhədçi” üzərində qələbə qazandı

22:19

“Araz-Naxçıvan” liderə qalib gəldi

21:42

“Ordu” “Neftçi”yə qalib gəldi

21:37

“Səbail”dən darmadağın

21:07

Millimiz FIFA reytinqində ili 74-cü pillədə başa vurdu

20:43

UEFA 6-cı turun ən yaxşılarını açıqladı

20:18

Azərbaycan çempionatı start götürdü

19:36

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Lənkəran” klubunun şikayətini təmin etmədi