[b]Fransa mətbuatı millimizlə oyunu xüsusi diqqətdə saxlayır.[/b]
[b][url=Sport1.az]Sport1.az[/url][/b] xəbər verir ki, həmkarlarımız yığmaya çağrılmayan və dəvət olunan oyunçularla bağlı xüsusi məqalələr dərc edirlər.
“Mançester Siti”nin üzvü Rayan Şerki və “Əl-İttihat”da oynayan Nqolo Kante milliyə geri dönüblər.
Orelyen Çuameni (“Real”), Adrien Rabyo (“Milan”), Usman Dembele və Desire Due (hər ikisi PSJ) zədəli olduqları üçün Fransanın son iki oyununu buraxmalı olacaqlar.
Floren Toven (“Lans”) isə məşqçi korpusunun qərarına əsasən çağırılmayıb. Oktyabrdakı oyunlara dəvət almayan Randal Kolo Muani (“Tottenhem”) və Bredli Barkola (PSJ) isə bu dəfə 24 nəfərlik siyahıya salınıblar.