Azərbaycan / Çempionlar Liqası
14:40
6.11.2025
225
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Çelsi” ilə keçirilən oyunda (2:2) zədələnən “Qarabağ”ın yarımmüdafiəçi Kadi Borgesin durumuna aydınlıq gəlib.Sport1.az xəbər verir ki, braziliyalı futbolçu qarşılaşmadan dərhal sonra klubun tərəfdaşı olan “Liv Bona Dea Hospital”da tibbi müayinədən keçib.
Müayinə nəticəsində oyunçunun sol fibulasında sınıq aşkarlanıb. Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.