Azərbaycan / Premyer Liqa
02:10
6.11.2025
192
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən “Qarabağ” – “Çelsi” oyunundan (2:2) sonra Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl baş məşqçi Qurban Qurbanov haqqında diqqətçəkən açıqlama verib. Sport1.az xəbər verir ki, klub rəhbəri Qurban Qurbanovun Azərbaycan futbolundakı xidmətlərini yüksək qiymətləndirərək, onun adının stadionda əbədiləşdirilməsi ideyasına müsbət yanaşdığını bildirib:
“Qurban Qurbanov tarixi bir şəxsiyyətdir. Azərbaycan futbolu tarixində heç vaxt adı silinməyəcək böyük bir şəxsiyyətdir. “Azersun Arena”nın adının dəyişdirilərək Qurban Qurbanovun adının verilməsinə dəstək olaram”.