Azərbaycan / Çempionlar Liqası
22:30
4.11.2025
116
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi UEFA Çempionlar Liqasının liqa mərhələsinin “Qarabağ” – “Çelsi” oyunu öncəsi sosial şəbəkələrdə və qeyri-rəsmi mənbələrdə biletlərin qanunsuz satışı ilə məşğul olan şəxsləri müəyyən edərək saxlayıb. Sport1.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, biletləri baha qiymətə təklif edən Emil və Cavid Dadaşov, Rəşad Həsənov, Murad Mirkişiyev və Vüsal Zalov barəsində qanunamüvafiq tədbirlər görülüb.
Qeyd olunub ki, bu cür hallar futbol azarkeşləri arasında narazılıq yaradır və qanunla qadağandır.
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək, biletləri yalnız rəsmi satış məntəqələrindən və etibarlı onlayn platformalardan almağı tövsiyə edib.