Crescent Mall Ticarət Mərkəzində keçirilən Red Bull Tetris Milli Finalının qalibi Elnur Cəlilov olub. Sport1.az xəbər verir ki, Cəlilov 11 – 13 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutacaq Dünya Finalında Azərbaycanı təmsil edəcək.
Milli Finalda ölkəmiz üzrə ən yüksək nəticə toplamış 8 oyunçu final səhnəsində qarşılaşaraq çempionluq uğrunda mübarizə aparıb.
Bu mərhələdə oyunçular saniyələr içində doğru qərar vermək və yüksək ritmi qorumaq üçün bütün bacarıqlarını ortaya qoyublar.
Qeyd edək ki, Kontakt Home mağazalar şəbəkəsi Azərbaycanda Red Bull Tetris yarışmasına dəstək olub.