"Qarabağ"ın futbolçusu Marko Yankoviç Monteneqro millisinə dəvət alıb. Sport1.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsində Cəbəllütariq (14 noyabr) və Xorvatiya (17 noyabr) ilə oyunlarda iştirak edə bilər.
Monteneqro milli komandası L qrupunda 7 turdan sonra 6 xalla 4-cü pillədədir. Xorvatiya isə 16 xalla qrupun lideridir.