
“Bavariya”nın müdafiəçisi Rafael Qerreyro vətəninə qayıda bilər.
Sport1.az xəbər verir ki, “Benfika” portuqaliyalı futbolçunu transfer etmək istəyir.
Qerreyronun Almaniya klubu ilə müqaviləsi yayda başa çatır. Bu səbəbdən Lissabon təmsilçisi 31 yaşlı sol cinah müdafiəçisini yanvar ayında münasib qiymətə heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Rafael Qerreyro 2023-cü ilin yayından “Bavariya”nın formasını geyinir.