
"Beşiktaş" "Ayaks"ın gənc hücumçusu Mika Qodts ilə maraqlanır.
Sport1.az xəbər verir ki, Jota Silvanın oyunu ilə razı olmayan İstanbul təmsilçisi onun əvəzinə belçikalı futbolçunu gətirmək istəyir.
Yayda 20 yaşlı oyunçu üçün təklif göndərsə də, rədd cavabı alan "qara qartal" qışda yenidən həmlə etməyi planlaşdırır.
Qeyd edək ki, Mikanın "Ayaks"la 2029-cu ilə qədər müqaviləsi var.