Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştianu Ronaldo özünü İngiltərə millisinin sabiq kapitanı Devid Bekhemlə müqayisə edənlərə cavab verib.Sport1.az xəbər verir ki, portuqaliyalı ulduz bu barədə jurnalist Pirs Morqana “YouTube” kanalında verdiyi müsahibədə danışıb. Ronaldo zarafatla dolu açıqlamasında Bekhemin yalnız zahiri görünüşünü tərifləyib, lakin özünü “ideal kişi” adlandırıb:
“Bekhemin siması gözəldir, amma qalan hər şey sadəcə normaldır. Mən isə fərqliyəm — mükəmmələm! Təsəvvür et, qırmızı şortikdə çimərlikdə gəzirəm. Elə bilirsən, mənimlə tanış olmaq istəməzlər? Əgər biz Bekhemlə birgə Kopakabana çimərliyində gəzsək, diqqət kimə yönələrdi? Mənə, yüz faiz. Və Bekhem bunu çox yaxşı bilir”, – deyə Ronaldo bildirib.