“Barselona”nın və Polşa millisinin hücumçusu Robert Levandovski Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda keçiriləcək “Brügge” ilə oyunöncəsi vəziyyəti barədə danışıb. Sport1.az xəbər verir ki, təcrübəli forvard zədəsini tam bərpa etdiyini bildirib:
“Zədəmdən sonra hər şey yaxşıdır, fiziki cəhətdən əla formadayam. Artıq bir neçə dəqiqə oynamışam, indi ən vacib olan komandaya qələbə qazanmaqda kömək etməkdir”. Polşalı hücumçu həmçinin gələcəyi ilə bağlı yayılan fikirlərə də münasibət bildirib:
“Gələcəyimlə bağlı narahat deyiləm. Bunun barədə düşünmək üçün başqa vaxt olacaq. Hazırda əsas məqsəd komandam və millimdir. Qələbələr və titullar uğrunda əlimdən gələni etməyə fokuslanmışam”. Qryd edək ki, arşılaşma noyabrın 5-də Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.