Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldo britaniyalı jurnalist Pirs Morqana verdiyi müsahibədə Lionel Messi ilə müqayisələrə münasibət bildirib. Sport1.az xəbər verir ki, ulduz hücumçu bildirib ki, bu mövzuda deyilənlər onu maraqlandırmır:
“Messinin məndən daha yaxşı olduğunu düşünmürəm. Təvazökar olmaq istəmirəm. İnsanlar nə fikirləşir, mənə fərq etmir”. Ronaldo və Messinin futbol tarixində ən çox müzakirə olunan rəqabəti La Liqa illərində – biri “Real Madrid”in, digəri isə “Barselona”nın formasında çıxış edərkən yaşanmışdı.
Messi səkkiz dəfə “Qızıl top” qazanıb, dünya və Amerika çempionu olub. Ronaldo isə Avropa çempionluğu, Millətlər Liqası titulu və beş “Qızıl top”la yadda qalıb. Hər iki oyunçu karyerası ərzində çoxsaylı kuboklar və rekordlara imza atıb.