1 yanvar 2026-cı il tarixindən etibarən neft-qaz sahəsinə aid olmayan və qeyri-dövlət sektorunda muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirlərindən gəlir vergisi tutulacaq.
Aylıq qazancı 2500 manata qədər olan şəxslər 3 faiz gəlir vergisi ödəyəcək. 2500-8000 manatadək qazananlar 75 AZN və maaşının 10 faizini dövlətə verəcək. 8000 manatdan çox əməkhaqqı olanlar isə 625 AZN və maaşının 14 faizini gəlir vergisi olaraq ödəniş edəcək.
Sport1.az-a daxil olan məlumata görə, bu məsələ AFFA böyük problemə çevrilib. Federasiya rəsmiləri əməkdaşlara indidən xəbərdarlıq edib. Yeni ildən etibarən AFFA-da çalışanların hamısı vergilərinin 3 və ya 5 faizini özləri ödəməli olacaqlar.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.